Pakistanda partlayış: 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alıb

11:03 - 5 Dekabr 2023 - DÜNYA

Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində yolda baş verən partlayış nəticəsində üçü uşaq olmaqla azı altı nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Geo News telekanalı polis və xəstəxana nümayəndələrinə istinadən məlumat yayıb.

Məlumata görə, yolun yaxınlığındakı sement blokunun altında 4 kq partlayıcı gizlədilib.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların arasında 7-10 yaş arası uşaqlar da var. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Xilasedicilərin telekanala verdiyi məlumata görə, partlayış nəticəsində qonşu binaların və iki avtomobilin şüşələri sınıb. Polis yaxınlıqdakı ərazilərdə axtarış əməliyyatına başlayıb.

Xəbər xətti