Şvartsenegger HƏMAS hücumundan sağ çıxan israillilərlə görüşdə kövrəldi

13:51 - 2 Dekabr 2023 - DÜNYA

Aktyor və keçmiş siyasətçi Arnold Şvartsenegger Santa Monikada HƏMAS-ın israillilərin hücumundan sağ çıxanlarla görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Şvartsenegger HƏMAS əsirliyində olan girovların ailə üzvləri ilə danışıb və İsrailə kömək edəcəyinə söz verib. 

Ulduz aktyor 14 yaşlı Ella Şani oktyabrın 7-də atasını itirdiyini və 16 yaşlı əmisi oğlunun qaçırıldığını söyləyərkən göz yaşlarına boğuldu. Ellanın yarım saatlıq çıxışından sonra aktyor onu qucaqlayıb.

Xəbər xətti