Quterreş Qəzzada atəşkəsin pozulmasına münasibət bildirib

14:27 - 1 Dekabr 2023 - DÜNYA

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında eskalasiyanın davam etməsindən təəssüfləndiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş katib X sosial şəbəkəsində yazıb. O, qeyd edib ki, lakin eyni zamanda yəhudi dövləti ilə Fələstin HƏMAS hərəkatı arasında hərbi əməliyyatlarda fasilənin bərpa olunacağına ümid edir.

 ​​"Qəzzada yenidən hərbi əməliyyatların başlanmasına görə çox təəssüflənirəm. Ümid edirəm ki, əvvəllər yaradılmış pauza uzadılacaq" - Quterreş yazıb.

Quterreş həmçinin qeyd edib ki, hərbi əməliyyatların bərpası “humanitar məqsədlər üçün real atəşkəsin təmin edilməsinin nə qədər vacib olduğunu” nümayiş etdirir.

Xəbər xətti