BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında eskalasiyanın davam etməsindən təəssüfləndiyini bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baş katib X sosial şəbəkəsində yazıb. O, qeyd edib ki, lakin eyni zamanda yəhudi dövləti ilə Fələstin HƏMAS hərəkatı arasında hərbi əməliyyatlarda fasilənin bərpa olunacağına ümid edir.
"Qəzzada yenidən hərbi əməliyyatların başlanmasına görə çox təəssüflənirəm. Ümid edirəm ki, əvvəllər yaradılmış pauza uzadılacaq" - Quterreş yazıb.
Quterreş həmçinin qeyd edib ki, hərbi əməliyyatların bərpası “humanitar məqsədlər üçün real atəşkəsin təmin edilməsinin nə qədər vacib olduğunu” nümayiş etdirir.