Qəzzada atəşkəsin pzulması nəticəsində 15 nəfər ölüb

11:39 - 1 Dekabr 2023 - DÜNYA

İsrailin Qəzza zolağına yenidən endirdiyi zərbələr nəticəsində ölən fələstinlilərin sayı 15-ə çatıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl Ərəbiyyə telekanalı məlumat yayıb.

Məlumata görə, onlardan ən azı doqquzu anklavın mərkəzi hissəsində yerləşən Maqazi qaçqın düşərgəsinin bombalanması zamanı həlak olub. 

Dekabrın 1-i səhər saatlarında İsrail Müdafiə Qüvvələri Fələstinin Həmas hərəkatını atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında döyüşləri bərpa etdiyini açıqlayıb.

Xəbər xətti