Almaniyanın Novosibirskdəki Baş Konsulluğu fəaliyyətini dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı nümayəndəliklərinin rəsmi saytından məlumat yayılıb.
"Novosibirskdəki Baş Konsulluq bağlıdır. Lütfən, Almaniyanın Moskvadakı səfirliyi ilə əlaqə saxlayın", - deyə saytda qeyd edilib.