Husilər Qırmızı dənizdə İsrail gəmisini blokadada saxlamaqda davam edəcək

23:45 - 30 Noyabr 2023 - DÜNYA

Yəmənin üsyançı hərəkatı "Ənsar Allah" (Husilər) Qırmızı dənizdə İsrail gəmilərini blokadaya almağa davam edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə onların silahlı qüvvələrinin bəyanatında deyilir.

"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə İsrail gəmilərini mühasirəyə almağa davam edəcək və bu qərarın tam şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görəcək", - məlumatda deyilir.

Husilər qeyd edirlər ki, İsrail noyabrın 24-də müvəqqəti humanitar atəşkəsin qüvvəyə mindiyi Qəzza zolağına yenidən zərbə endirməyə başlayarsa, İsrailə qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdırlar. Eyni zamanda, “Ənsar Allah” hərəkatı İsrail tərəfinin Fələstin anklavının sakinlərinə qarşı “təcavüzü dayandıracağı” təqdirdə onları dayandırmağa hazırdır.

Xəbər xətti