Azərbaycan millisi FIFA reytinqində irəliləyib

16:32 - 30 Noyabr 2023 - İDMAN

Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə altı pillə irəliləyib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yığma 114-cü mövqedə qərarlaşıb.

Hazırda baş məşqçisi olmayan komanda 1174,22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya yenilib - 0:5.

Argentina yığması (1855,20) liderliyini qoruyub. Fransa (1845,44) ikinci, İngiltərə (1800,05) isə üçüncüdür

Belçika (1798,46) dördüncüdür, beşqat dünya çempionu Braziliya (1784,09) beşinci pilləyə düşüb.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Xəbər xətti