Rusiyada pensiya artırıldı

19:52 - 27 Noyabr 2023 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə yaşa görə və əlilliyə görə sığorta pensiyasına sabit ödənişin həcmini, habelə bir pensiya əmsalının dəyərini artıran qanun imzalayıb.

Ucnoqta.az xəbər verir ki, sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

Sənədə görə, 2024-cü il yanvarın 1-dən bir pensiya əmsalının dəyəri 129,5 rubldan 133,1 rubla, yaşa görə sığorta pensiyasına sabit ödənişin ölçüsü isə 7915,4 rubldan 8134,9 rubla qədər artır. Qanun vətəndaşların pensiya təminatının səviyyəsinin ən azı inflyasiya səviyyəsindən aşağı artırılmasına yönəlib.

Xəbər xətti