Elgiz Əkbər orqanlarını bağışladı

14:09 - 18 Noyabr 2023 - MAQAZİN

Aparıcı Elgiz Əkbər orqanlarını bağışladığını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Elgiz aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib. 

Aparıcı bunu könüllü şəkildə etdiyini bildirib: 

“Könüllü olaraq orqanlarımı bağışlamışam. Rəsmi şəkildə bunu etmişəm. Əgər öləndən sonra gözüm kiməsə lazımdırsa, qurbandır”. 

Qeyd edək ki, daha əvvəl müğənni Vüqar Muradov dünyasını dəyişəndən sonra orqanlarını başqa insanlara nəql etmək üçün bağışladığını açıqlamışdı. 

Xəbər xətti