Şəkidə fərdi yaşayış evində ailə münaqişəsi, daha sonra yanğın olub

15:37 - 28 Oktyabr 2023 - HADİSƏ

Şəkidə fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün, günorta saat 13.00 radələrində Şəki şəhəri Fuad Abdurahmanov küçəsində, Tofiq Süleymanova məxsus ümumi sahəsi 180 kv/m olan 3 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğından əvvəl ailə münaqişəsi zəminində ev sahibinin oğlu 1986-cı il təvəllüdlü Seymur Tofiq oğlu Süleymanov baş nahiyəsindən xəsarət alıb. Hadisə yerinə cəlb edilmiş Təcili Tibbi Yardım briqadasının əməkdaşları S. Süleymanova yerində yardım göstəriblər.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.

Xəbər xətti