"İnter Mayami" argentinalı hücumçusu Lionel Messi Şimali Amerika Böyük Futbol Liqasının (MLS) ən yaxşı oyunçusu mükafatına namizədlərin qısa siyahısına daxil edilməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb. 36 yaşlı argentinalı mövsümün ən yaxşı oyunçusu mükafatına üç iddiaçıdan biri idi.
Siyahıya Lusiano Akosta (Cincinnati), Tiaqo Almada (Atlanta) və Denis Buanqa (Los Anceles) daxil olub.
Messi MVP mükafatının genişləndirilmiş siyahısına daxil edilib.