"Çox yaxşı komandaya uduzduq. Bu gün səviyyə fərqinin şahidi olduq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04" klubuna 1:5 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib: "Futbolçularım çox əziyyət çəkdilər. Biz müdafiədə oturmaq istəmirdik. Boşluqlar da verdik. "Bayer 04" topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də bilirdik. Nəticə onların bizdən çox yuxarıda olduğunu göstərdi".