Tanınmış futbol agenti Dmitri Selyuk Argentinanın və "İnter Mayami"nin hücumçusu Lionel Messinin Qətərdə keçirilən dünya çempionatında qalib gəldiyinə görə "Qızıl top"u alacağı ilə bağlı fikirlərini bildirib.
Ucnoqta.az xəbər verir ki, Selyukun sözlərini Euro-Futbol.Ru yazıb.
“Mən yeddinci “Qızıl top”u Messinin karyerasının ən böyük şöhrəti hesab edirdim, lakin indi o, Dünya Kubokunu qazandığı üçün səkkizinci mükafatı ala bilər. Dünya Kubokunu qazanmaq digər oyunçuların müəyyən performans rekordlarını qırır”, - deyə Selyuk bildirib.
Mükafatlandırma mərasimi oktyabrın 30-da Parisdə keçiriləcək. Lionel Messi hazırda yeddi, Kriştiano Ronaldo isə beş “Qızıl top”a sahibdir.