"Çox ciddi komandaya qarşı oynayacağıq".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada yerli "Bayer 04" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin baxımlə oyun sərgilədiyini və Bundesliqada lider olduğunu söyləyib: "Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Biz hər komandaya qarşı fərqli hazırlıq keçirik. Rəqib isə 2-3 sistemdə oynaya bilir. Futbolçular bu cür qarşılaşmalar oynadıqca böyüyür".
Qurbanov matç üçün start heyətin bəlli olduğunu vurğulayıb: "Görüşün gedişində müəyyən dəyişikliklər ola bilər".
Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.