Livanın cənubunda Hizbullah ilə İsrail əsgərləri arasında atışma baş verib
Ucnoqta.az Al Hadath telekanalına istinadən xəbər verir ki, bu, bir saatdan az davam edib.
Məlumata görə, müqavimətlə qarşılaşan şiə dəstəsi Livan ərazisinə doğru geri çəkilib. Qarşıdurma zamanı itkilər barədə məlumat verilmir.
Səhər saatlarında İsrail artilleriyası Livan ərazisini dəfələrlə atəşə tutub, oradan da raket zərbələri endirilib.