Brent markalı neftin bir barelinin qiyməti ucuzlaşıb.
Ucnoqta.az xəbər verir ki, dekabr ayında Londonun ICE Futures birjasında Brent markalı neftin bir barelinin qiyməti 0,15 dollar (0,17%) ucuzlaşaraq 87,92 dollar olub.
WTI dekabr fyuçersləri hazırda Nyu-York əmtəə birjasında (NYMEX) 0,2 dollar (0,24%) ucuzlaşaraq bir barelə görə 83,54 dollar təşkil edib.