UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turu start götürüb.
Ucnoqta.az xəbər verir ki, A qrupunda yer alan Türkiyənin “Qalatasaray” klubu Almaniya “Bavariya”sını qəbul edib. Hesab oyunun 8-ci dəqiqəsində açılıb. Rəqib komandanın oyunçusu Kinqsli Koman topu "Qalatasaray"ın qapısından keçirib.
30-cu dəqiqədə "Qalatasaray" Mauro İkardinin penalti zərbəsi ilə hesabı bərabərləşdirib. Lakin Türkiyə klubunun bundan artığına gücü çatmayıb. Qarşılaşmanın 73-cü dəqiqəsində Harri Keyn "Bavariya"nı hesabda önə keçirib. Camal Musiala 79-cu dəqiqədə Almaniya klubunun 3-cü topunu "Qalatasaray"ın qapısından keçirərək hesabı daha da artırıb.
Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur
24 oktyabr
A qrupu
20:45. "Qalatasaray" (Türkiyə) - "Bavariya" (Almaniya) - 1:3
Qollar: Koman, 8 (0:1), İkardi, 30-pen. (1:1), Keyn, 73 (1:2), Musiala, 79 (1:3)