Yunanıstanın Lutraki şəhərində sərbəst və yunan roma güləşi üzrə veteran idmançılar arasında dünya çempionatı keçirilib.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yarışda 38 ölkədən 700-ə yaxın idmançı iştirak edib. Ölkəmizi A kateqoriyası üzrə 35-40 yaşlı sərbəst güləşçilər arasında 62 kq çəki dərəcəsində Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Cəlal Süleymanov təmsil edib.
C.Süleymanov Qazaxıstan, Yaponiya və ABŞ-dan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və sərbəst güləş üzrə veteranlar arasında dünya çempionu adını qazanıb.