Mingəçevir su anbarında batan balıqçının meyiti tapılıb

14:19 - 23 Oktyabr 2023 - HADİSƏ

Mingəçevir su anbarında itkin düşən balıqçının meyiti tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Xəbərə görə, FHN-in “112” qaynar telefon xəttinə 1972-ci il təvəllüdlü Bayramov Sərdar Saleh oğlunun Mingəçevir şəhəri yaxınlığında Mingəçevir su anbarında balıq tutmaq üçün qayıqla çıxaraq geri qayıtmaması barədə məlumat daxil olub və dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işlərinə başlanılıb. Nazirliyin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya təyyarəsi də axtarış tədbirlərinə cəlb olunub.

Aparılan axtarış işləri nəticəsində S.Bayramovun meyiti sahildən təqribən 5km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti