Sumqayıtda 13 yaşlı uşağı elektrik cərəyanı vurub.
APA xəbər verir ki, 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunu yaşadığı ünvanda cərəyan vurduğu, yanıq xəsarətləri aldığı bildirilir. Uşaq ağır vəziyyətdə Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Daha sonra A.Əliyevin vəziyyəti ağırlaşdığından təcili tibbi yardım avtomobili ilə Bakıdakı Yanıq Mərkəzinə göndərilib.
Yanıq Mərkəzindən bildirilib ki, dünən mərkəzə daxil olan A. Əliyevə ilkin tibbi yardım göstərilib.
Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektro texniki yanığı, yanıq şoku diaqnozu qoyulub. O, daha sonra özəl xəstəxanaya köçürülüb.
Faktla bağlı araşdırma aparılır.