Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.
APA xəbər verir ki, hadisə oktyabrın 20-də, saat 22 radələrində qeydə alınıb.
Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək tutması nəticəsində avtomobilin salonunda ölüb.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.