Bakının Sabunçu rayonunda 21 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2002-ci il təvəllüdlü Mikayıl Eynulla oğlu Mikayılov yaralanıb.
O, təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.