Lənkəranda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini, akademik Zərifə Əliyeva küçəsi ev 80 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Aslanlı Fərid Rahim oğlu ərazidən keçən Girdəniçayda balıq turarkən ehtiyatsızlıqdan əlindəki balıq tutan alət 11 metr hündürlükdə 10 min voltluq elektrik cərəyanı xəttinə ilişib. Cərəyan vuran F.Aslanlı çaya düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-xilasediciləri cəlb olunub. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.