Oğuz rayonunda intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Sincan kəndində qeydə alınıb.
Bakı şəhəri Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Ramil Müzəffər oğlu Mustafayev Sincan kəndində evlərdən birinin tavanından özünü asaraq intihar edib.
Məlumata görə, 39 yaşlı Ramil Mustafayevin özünü asdığı ev onun keçmiş həyat yoldaşına məxsus olub. Bir müddət öncə boşansalar da, birgə yaşayıblar.
Faktla bağlı araşdırma aparılır.