Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.
Ucnoqta.az xəbər verir ki, 36 yaşlı hakim Serbiyada yerli “Baçka Topola” və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununu idarə edəcək.
Əliyar Ağayev daha əvvəl II turda "Rakuv" (Polşa) - “Ştrum” (Avstriya) matçında əsas hakim funksiyasını yerinə yetirib.