Şərurda 50 yaşlı kişi qətlə yetirilib

17:57 - 19 Oktyabr 2023 - HADİSƏ

Naxçıvanda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Elvin Zaxarovun aralarında yaranmış mübahisə zamanı Yengicə kəndi ərazisində Fariz Ağayevə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Elvin Zaxarov şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Xəbər xətti