Qazaxıstan 106 adda malın Rusiya Federasiyasına ixracına qadağa qoyub
Ucnoqta.az xəbər verir ki, Ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev bildirib ki, söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən mallardan gedir. Belə ki, dronlar, elektrik çipləri, mikroelektronika və digərləri qadağan edilib.
Münaqişədən əvvəl Rusiya Qərbin sanksiyalarından yan keçmək üçün Qazaxıstan vasitəsilə malları təkrar ixrac edirdi.