Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) oyunları növbəti bildirişə qədər İsraildə oynanılmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
“İsraildə mövcud təhlükəsizlik vəziyyətinin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA-nın icraiyyə komitəsi qərara gəlib ki, təşkilatın himayəsi altında keçirilən turnirlərin növbəti xəbərdarlığa qədər ölkədə keçirilməyəcək” - məlumatda bildirilir.