BRİKS ölkələrinin yaratdığı Yeni İnkişaf Bankı (NDB) Braziliya ilə 1 milyard dollarlıq kredit sazişi imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı maliyyə qurumunun rəsmi saytında dərc olunmuş məlumatda deyilir.
Kredit Braziliyaya iqtisadiyyatının bərpası üçün təcili yardım proqramı çərçivəsində ayrılacaq. Proqramın məqsədi, bankın müraciətində qeyd edildiyi kimi, kiçik və orta sahibkarlıq subyektlərinin müvəqqəti likvidlik problemlərinin aradan qaldırılmasına, fəaliyyətlərinin davamlılığının təmin edilməsinə və maliyyə sabitliyinin gücləndirilməsinə kömək edəcək təminatlar verməklə onların kreditlərə çıxış imkanlarını yaxşılaşdırmaqdır.
Yeni inkişaf bankı BRİKS ölkələri tərəfindən 2014-cü ilin iyulunda Fortalezada keçirilən VI BRİKS sammitində imzalanmış hökumətlərarası saziş əsasında yaradılıb.