Portuqaliya millisinin və "Əl-Nasr"ın hücumçusu Kriştiano Ronaldo 2023-cü ilin bombardiri siyahısına başçılıq edir.
Ucnoqta.az xəbər verir ki, 38 yaşlı forvard Avro-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə oyunda (5:0) dubla imza atıb. Ümumilikdə, 2023-cü ildə o, indiyədək milli və klub üçün 40 qol vurub.
Belə ki, Ronaldo bu göstəricidə Norveç millisinin və “Mançester Siti”nin futbolçusu Erlinq Haalandı geridə qoyub.
İngiltərə Premyer Liqasının 2022/2023 mövsümünün bombardiri hazırda 39 qola sahibdir.