İsrail HƏMAS-a görə 100 Binance hesabını bağlayıb

10:46 - 17 Oktyabr 2023 - İQTİSADİYYAT

İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatını maliyyələşdirməyi dayandırmaq üçün oktyabrın 7-dən etibarən dünyanın ən böyük kriptovalyuta birjası Binance-nin 100-dən çox hesabını bağlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə sızmasından bu yana hakimiyyətin tələbi ilə bu hesablarda milyonlarla dollar dondurulub. Hüquq-mühafizə orqanları daha 200 hesabla bağlı məlumat tələb edib ki, onların da əksəriyyəti Binance ilə əlaqəlidir.

"Kriptovalyuta hazırda terrorizmin maliyyələşdirilməsi ilə bağlı əsas problemə çevrilib, çünki onların başqa variantları yoxdur. Həmas hücumundan sonra kriptovalyutaların həcmi inanılmaz dərəcədə artıb" - İsrailin Milli Kibertəhlükəsizlik Təşkilatının sözçüsü Tom Aleksandroviç deyib. 

Xəbər xətti