Sumqayıtda yeniyetmə qripdən öldü

22:48 - 14 Oktyabr 2023 - HADİSƏ

TƏBİB Sumqayıtda yeniyetmənin qripdən ölməsi məsələsinə münasibət bildirib.

APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 14.10.2023-cü tarixində saat 12:35 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

"Təcili tibbi yardım briqadaları dərhal çağırış ünvanına yollanıb. 2008-ci il təvəllüdlü vətəndaşın həkiməqədər ölümü qeydə alınıb".

Qeyd edək ki, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan 2008-ci il təvəllüdlü Sadıqov İlqar Elyar oğlu bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Yaxınlarının APA-ya açıqlamasına görə, onun qripdən öldüyü ehtimal edilir. Belə ki, İlqar Sadıqov ötən gün qrip olub. Bu gün səhər saatlarında o yaşadığı evdə qəfil dünyasını dəyişib.

Xəbər xətti