Kriştiano Ronaldu tarixdə milli komandanın heyətində 125 qol vuran ilk futbolçudur.
Ucnoqta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının portuqaliyalı hücumçusu Kriştianu Ronaldo 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Slovakiya yığması ilə görüşdə dubl edib. 38 yaşlı hücumçu tarixdə millinin heyətində 125 qol vuran ilk futbolçu olub.
Ronaldo 29-cu dəqiqədə penaltini yerinə yetirib, 72-ci dəqiqədə açıq oyundan fərqlənib. Portuqaliyalılar 3:2 hesabı ilə qalib gələrək Almaniyada keçiriləcək Avro-2024-ün final hissəsinə vəsiqəni təmin edən ilk komandalardan olub.
Portuqaliyalı forvard AVRO-2024-ün seçmə mərhələsində Slovakiya ilə matçda dubl edib. İndi milli komandaların bombardiri siyahısında 38 yaşlı Ronaldo iranlı Əli Daeini 17 qol, argentinalı Lionel Messini isə 21 qol qabaqlayır.