Reuters agentliyi Livanın cənubunda işləyən jurnalistinin öldürüldüyünü təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, agentliyin saytında yerləşdirilən bəyanatda deyilir:
“Bizim videoqrafımız İssam Abdullahın öldürüldüyünü dərin kədər hissi ilə öyrəndik. Biz təcili olaraq əlavə məlumat axtarırıq, regional hakimiyyət orqanları ilə işləyirik və İssamın ailə üzvlərinə və həmkarlarına dəstək veririk" - agentliyin açıqlamasında deyilir.