Neftin qiyməti bahalaşıb
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti oktyabrın 4-dən bəri ilk dəfə bir barel üçün 90 dolları ötüb.
Məlumata görə, Brent markalı neftin qiyməti 4,49% artaraq bir barel üçün 90,13 dollar təşkil edib.
Eyni zamanda, WTI markalı neftin noyabr ayında tədarük üçün fyuçersləri 4,01% artaraq 86,92 dollar/barelə çatıb.