Azərbaycanda bir sıra qurumlar mühasibat uçotunu elektron formada aparmalı olacaqlar.
Bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, həmin qurumlar aşağıdakılardır:
- iri sahibkarlıq subyektləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektləri;
- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri;
- illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslər. Azərbaycan Mərkəzi Bankı istisnadır.///report