Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı komanda A qrupunun favoriti sayılan Qazaxıstanla üz-üzə gəlib.
Azərbaycan millisi hesabda 2:0 öndə olsa da, üstünlüyünü sona qədər qoruya bilməyib, yekunda 2:3 hesabı ilə uduzub.
Bu komandaların oktyabrın 7-də Bakıda keçirilən qarşılaşmada Qazaxıstan millisi 4:2 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, millimiz hazırda 3 xalla qrupda 3-cü, Qazaxıstan isə 12 xalla liderdir.
11 oktyabr
Qazaxıstan – Azərbaycan - 3:2
Qollar: Amadeu, 4 (0:1), Qalo, 9 (0:2), Leo, 13 (1:2), Orazov, 18 (2:2), Duqlas, 22 (3:2)