AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Estoniya - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Qarşılaşma almaniyalı referilərə tapşırılıb.
Tallində keçiriləcək görüşdə Robert Şröder ədalət təmsilçisi olacaq. Ona Kristian Gittelmann və Robert Vessel kömək edəcəklər. Florian Badstübner isə dördüncü hakim olacaq.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.///qafqazinfo