Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komanda ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi X səhifəsində məlumat yayıb.
Məlumata görə, Ronaldo qarşıdan gələn Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Portuqaliya millisinə yola düşməzdən əvvəl istəyini klub rəhbərliyinə çatdırıb. Qeyd olunur ki, portuqaliyalı forvard DÇ-2026-da iştirak etmək üçün komanda ilə müqaviləsini uzatmaq istəyir, bundan sonra peşəkar karyerasını bitirmək niyyətindədir. Portuqaliyalının "Əl Nəsr"lə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.