Goranboyda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə hadisə rayonun Veysli kəndində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Pərvanə Yolçuyeva və onun anası 1966-cı il təvəllüdlü Siyatel Əliyeva bıçaqlanıb.
Yaralılar xəstəxanaya aparılıb. Məlumata görə, hər iki şəxsi ailənin kürəkəni, Nihat adlı şəxs bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.