Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Güneş postundan gedib.
Bu barədə “Fanatik” qəzetinin yazarı Gökmen Özcan özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. O, keçən ilin oktyabrından bu postda olan çalışdırıcının istefa verdiyini yazıb.
Qeyd edək ki, İstanbul təmsilçisi mövsümə uğursuz başlayıb. Komanda Super Liqada yeddi turdan sonra 13 xalla dördüncüdür. UEFA Avropa Konfrans Liqasının II turunda isə ötən gün öz meydanında İsveçrə “Luqanos”suna uduzan “qara qartal” bir xalla üçüncü pillədədir.