Zaqatala rayon sakini Rusiya Federasiyasında yol qəzasında ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə oktyabrın 3-də Rusiya Fedarasiyasının Tolyatti şəhərində baş verib. 1973-cü il təvəllüdlü, Zaqatala rayonunun Yeni Suvagil kənd sakini Namiq Bilal oğlu Məmmədov velosipedlə hərəkətdə olarkən avtomobillə vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədov dünyasını dəyişib. Onun meyiti bu gün Zaqatalanın Yeni Suvagil kəndinə gətirilərək dəfn olunacaq.
N. Məmmədov Tolyatti şəhərində tikintidə işləyirmiş, ailəsi Yeni Suvagil kəndində yaşayır.