Türkiyə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsini pisləyib

00:35 - 6 Oktyabr 2023 - SİYASƏT

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AP) qəbul etdiyi Qarabağ ətrafındakı vəziyyət və Azərbaycanla münasibətlərlə bağlı qətnaməni pisləyib, məsuliyyətsizlik və cahillik adlandırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Bu gün AP-nin qəbul etdiyi bu məcburi qüvvəyə malik olmayan qətnamə məsuliyyətsizliyin, qərəzliliyin və məlumatsızlığın simvoludur. Biz bir qrup AP üzvünün populist ritorikasına əsaslanan, ayrı-seçkilik xarakterli fikirlər səsləndirən və əsassız mövqe sərgiləyən bu qətnaməni pisləyirik, uzun illər Türkiyəyə qarşı ittihamlar irəli sürülürdü", - bəyanatda deyilir

Departament qeyd edib ki, AP-nin hazırkı tərkibi populizm, irqçilik, islamofobiya, anti-multikulturalizm və antiinteqrasiya əhval-ruhiyyəsinin durmadan gücləndiyi Avropa siyasətinin tendensiyalarını aydın şəkildə göstərir.

Xarici İşlər Nazirliyi AP-nin hazırkı tərkibinin səlahiyyət müddəti tezliklə başa çatdıqdan sonra onun yeni tərkibinin “konstruktiv, əhatəli, ağlabatan və Aİ-nin fundamental dəyərlərinə sadiq qalacağına” ümid etdiyini bildirib.

"Bir neçə marjinal dairədən başqa heç kimin ciddi qəbul etmədiyi bu cür məsuliyyətsiz mətnlərin Avropa Parlamentinin qətnamələri kimi ehtiyatsızlıqla bizə təklif edilməsində sistemli zəiflik görürük. Ona görə də onları ciddi qəbul etmirik" - xarici siyasət idarəsi bildirib.


AP bundan əvvəl Aİ ilə Azərbaycan arasında münasibətlərə yenidən baxılması və Dağlıq Qarabağdakı vəziyyətlə bağlı sanksiyaların tətbiq edilməsi zərurəti ilə bağlı qətnamə qəbul edib.

Xəbər xətti