Neftin qiymətində ucuzlaşma baş verib
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti avqustun 29-dan bəri ilk dəfə 84 dollar/bareldən aşağı düşüb.
Brent markalı neftin qiyməti 2,61% azalaraq 1 barelə görə 83,84 dollar təşkil edib.
Eyni zamanda, WTI markalı neftin noyabr ayında tədarük üçün fyuçersləri 2,33% azalaraq bir barel üçün 82,7 dollar təşkil edib.