Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyannamə imzaladı

19:37 - 5 Oktyabr 2023 - SİYASƏT

Ermənistanın baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Paşinyan Azərbaycanın ərazisinin Qarabağ da daxil 86,6 min kvkm olduğunu bəyan edib. Bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb.

“Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar. Artıq Avropa Şurasının prezidenti Şarl Mişel 2023-cü il 14 və 15 may tarixli bəyanatlarında qeyd edilib”, - sənəddə deyilir.

Xəbər xətti