Rusiya Hərbi Dəniz Qüvvələrinin Abxaziyada yerləşdirilməsi razılaşmaya uyğundur

16:20 - 5 Oktyabr 2023 - SİYASƏT

Rusiya donanmasının Oçamçira dəniz limanında yerləşdirilməsi Abxaziya ilə Rusiya arasında respublika ərazisində Rusiyanın birgə hərbi bazası haqqında sazişlə nəzərdə tutulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı TASS-a Abxaziya Təhlükəsizlik Şurasının katibi Sergey Şamba məlumat verib.

Bundan əvvəl Abxaziya "prezidenti" Aslan Bjaniya “İzvestiya”ya müsahibəsində yaxın vaxtlarda Oçamçira bölgəsində Rusiya Hərbi Dəniz Qüvvələrinin daimi bazasının açılacağını bildirib.

"Biz əvvəllər Abxaziya ərazisindəki Rusiya hərbi bazası haqqında müqavilə imzalamışıq və orada Rusiya Hərbi Dəniz Qüvvələrinin yerləşdirilməsi ilə bağlı bənd var. Biz yerləşməyə hazırlaşırıq", - Şamba deyib.

"Respublika Müdafiə Nazirliyi"nin TASS-a verdiyi məlumata görə, Abxaziyadakı Oçamçira dəniz limanı artıq Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin yerləşdirilməsi tələblərinə tam cavab verir, bundan əlavə, orada əlavə yanalma divarları tikiləcək.

Xəbər xətti