Hər iki Kinematoqrafçılar İttifaqı bu gündən eyni ofisdə fəaliyyətə başlayır

15:20 - 5 Oktyabr 2023 - Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) bu gündən etibarən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) ofisində fəaliyyət göstərəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, AKİ katibliyindən bildirilib.

Qeyd olunub ki, bu, ittifaqların birləşməsi istiqamətində atılan növbəti addımdır: “Birgə işçi qrup hər iki təşkilatın ümumi iclasının gündəliyi üzərində işləyir”.

Katiblikdən vurğulanıb ki, ARKİ sədri Şəfiqə Məmmədova AKİ heyətini böyük qonaqpərvərlik və diqqətlə qarşılayıb, heyət üçün komfortlu iş şəraiti yaradılıb: “Bu gündən etibarı ilə istehsal ediləcək layihələr və tədbirlər AKİ və ARKİ birgə istehsalı kimi təqdim ediləcək”.

Xəbər xətti