“Son danışığımız yadımdan çıxmayacaq...” - Xoşbəxt Yusifzadənin qızı

12:13 - 4 Oktyabr 2023 - Mədəniyyət

"Mən axşam onunla danışdım. Heç vaxt son danışığımız yadımdan çıxmayacaq".

Bu sözləri jurnalistlərə açıqlamasında mərhum Xoşbəxt Yusifzadənin qızı Eltac Yusifzadə deyib.

"Onun son sözü "Mən yaxşıyam, narahat olma" oldu. Onun yeri bizim həyatımızda böyük idi. Həmişə onun kimi olmaq istəmişəm. Məndən tələb edirdi ki, yaxşı oxu, yaxşı adam ol", - deyə Eltac Yusifzadə bildirib.

Qeyd edək ki, X. Yusifzadə ötən gün 93 yaşında vəfat edib.///qafqazinfo

Xəbər xətti