Ermənipərəst Nensi Pelosi ofisindən qovuldu

08:39 - 4 Oktyabr 2023 - Xəbər

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Kevin Makkartinin istefasından sonra ofisindən qovulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilir ki, spiker səlahiyyətlərini icra edən Patrick McHenry Pelosiyə e-poçt vasitəsilə Kapitoliyadakı ofisini tərk etməli olduğu barədə məlumat verib.

Qeyd olunur ki, binalar spikerin ofisinin istifadəsinə veriləcək; yalnız Nümayəndələr Palatasının bəzi üzvlərinin Kapitoliyada bu tipli əlavə otaqları var; ənənəvi olaraq qanunvericilər binanın Senat qanadındakı ofislərdən istifadə edirlər.

Xatırladaq ki, Azərbaycan əleyhinə bəyanatlar verən Nensi Pelosi Ermənistana səfəri zamanı qondarma erməni soyqırımı memorialını ziyarət edərkən ağlamışdı.

Xəbər xətti